|
|
Naxçıvanda Məhəmməd Peyğəmbərin (s) mövlud günü qeyd olunubDekabrın 8-də Naxçıvan şəhərindəki “Came” məscidində Məhəmməd Peyğəmbərin mövludu günü qeyd olunub. Ahlibeyt.az-ın Naxcivantv.az-a istinadən xəbər verir ki, tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, ölkəmizə, xalqımıza əmin-amanlıq, inkişaf və tərəqqi arzulanıb. Qeyd olunub ki, Hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsi həzrəti Məhəmməd Peyğəmbərin doğum günüdür. İslam dininin təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, daim insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin mövludu günü İslamın əziz bayramı kimi bütün müsəlmanlar tərəfindən qeyd edilir. Məlumatda bildirilir ki, muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2017 13:01 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |