9 Dekabr, 2017
Naxçıvanda Məhəmməd Peyğəmbərin (s) mövlud günü qeyd olunub

Dekabrın 8-də Naxçıvan şəhərindəki “Came” məscidində Məhəmməd Peyğəmbərin mövludu günü qeyd olunub.

Ahlibeyt.az-ın Naxcivantv.az-a istinadən xəbər verir ki, tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, ölkəmizə, xalqımıza əmin-amanlıq, inkişaf və tərəqqi arzulanıb.

Qeyd olunub ki, Hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsi həzrəti Məhəmməd Peyğəmbərin doğum günüdür. İslam dininin təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, daim insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin mövludu günü İslamın əziz bayramı kimi bütün müsəlmanlar tərəfindən qeyd edilir.

Məlumatda bildirilir ki,  muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilib.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7786.html