|
• DünyadaBukamal şəhəri İŞİD-dən tam azad olunduSuriya Ordusu Müttəfiqlər Əməliyyat Palatası bu ölkənin şərqində və İraq sərhədi yaxınlığında Deyr əz-Zor vilayətinin Bukamal şəhərinin tam azad olunduğunu bildirib. Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com xarici KİV-ə istinadən xəbər verir ki, Suriya Ordusu Müttəfiqlər Əməliyyat Palatası bildirib: Bazar günü Bukamal şəhəri tam şəkildə İŞİD terror qruplaşmasının işğalından azad olunub və İŞİD-çilərin Bukamalda quraşdırdıqları bombaların zərərsizləşdirilməsi əməliyyatı davam etməkdədir. Bundan öncə də Suriya ordusu və müttəfiqləri Bukamal şəhərini İŞİD-in işğalından azad etmişdilər. Lakin İŞİD ünsürləri himayədarları, o cümlədən ABŞ-ın dəstəyi ilə yenidən Bukamal şəhərini ələ keçirmişdilər. Bukamal şəhərinin azad olunması ilə Suriya ordusu və müttəfiqləri önəmli qələbəni əldə edib və İŞİD-in Suriyadakı son bazasını ələ keçirə biliblər. Deyr əz-Zor vilayətində Bukamal sərhəd şəhərinin 120 min əhalisi vardır. Təxminən üç il İŞİD terrorçularının işğalı altında olmuşdur. Bununla yanaşı Suriya ordusu Müharibə Təbliğatı Qərargahının yaydığı kadrlar Deyr əz-Zor şəhərinin şimalında bir qrup İŞİD-çinin təslim olduğunu göstərir. Bu ünsürlər silahlarını Deyr əz-Zor şəhərinin şimalında Həvicə Qati bölgəsində Suriya ordusu və müttəfiqlərinə təhvil veriblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2017 12:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |