
Suriya Ordusu Müttəfiqlər Əməliyyat Palatası bu ölkənin şərqində və İraq sərhədi yaxınlığında Deyr əz-Zor vilayətinin Bukamal şəhərinin tam azad olunduğunu bildirib.
Ahlibeyt.az-ın məlumatına görə,İslamazeri.com xarici KİV-ə istinadən xəbər verir ki, Suriya Ordusu Müttəfiqlər Əməliyyat Palatası bildirib: Bazar günü Bukamal şəhəri tam şəkildə İŞİD terror qruplaşmasının işğalından azad olunub və İŞİD-çilərin Bukamalda quraşdırdıqları bombaların zərərsizləşdirilməsi əməliyyatı davam etməkdədir.
Bundan öncə də Suriya ordusu və müttəfiqləri Bukamal şəhərini İŞİD-in işğalından azad etmişdilər. Lakin İŞİD ünsürləri himayədarları, o cümlədən ABŞ-ın dəstəyi ilə yenidən Bukamal şəhərini ələ keçirmişdilər.
Bukamal şəhərinin azad olunması ilə Suriya ordusu və müttəfiqləri önəmli qələbəni əldə edib və İŞİD-in Suriyadakı son bazasını ələ keçirə biliblər.
Deyr əz-Zor vilayətində Bukamal sərhəd şəhərinin 120 min əhalisi vardır. Təxminən üç il İŞİD terrorçularının işğalı altında olmuşdur.
Bununla yanaşı Suriya ordusu Müharibə Təbliğatı Qərargahının yaydığı kadrlar Deyr əz-Zor şəhərinin şimalında bir qrup İŞİD-çinin təslim olduğunu göstərir.
Bu ünsürlər silahlarını Deyr əz-Zor şəhərinin şimalında Həvicə Qati bölgəsində Suriya ordusu və müttəfiqlərinə təhvil veriblər.