إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əli Əkbər Vilayəti: ABŞ bölgəni tərk etməsə güc tətbiq edəcəyik

Bu günün tarixini yadda saxlayın, olduqca yaxın zamanda ABŞ bölgəni tərk edəcək.

Ahlibeyt.az-ın məlumatına görə,bunu İranın ali lideri Ayətullah Xameneinin mətbuat katibi və beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti  Türkiyənin aparıcı media qurumlarından biri olan  Aydınlık-a müsahibəsi zamanı bildirib.

Rakkanın Suriya torpağı olduğu xüsusunda Suriya,Türkiyə və İraqın həmfikir olduğunu qeyd edən Əli Əkbər Vilayəti bildirib:

"Amerikalılar bu gün  bölgədə mövcuddurlar,amma bir gün buradan əllərini-ayaqlarını çəkəcəklər.Suriyanın,İranın,Trükiyənin və İraqın birliyi ilə bu torpaqları tərk edib gedəcəklər - ABŞ həddini aşan gərəksiz addımlar atmaqdadır."

Suriyanın şimalındakı ABŞ hərbi bazalarına toxunan Vilayəti "İranın əldə etdiyi məlumatlara görə, Suriyanın şimalında  ABŞ  hazırda 12 hərbi baza yaradıb.Burdan elan edirəm ki,gec ya tez bu əraziləri tərk etmək məcburiyyətindədirlər.Əgər getməzlərsə biz onları bölgəmizdən təmizləyəcəyik."-deyə Vilayəti qeyd edib.

İlk növbədə ABŞ və oların dəstəklədiyi güclərin Rakkadan çıxarılacağına işarə edən iranlı rəsmi vurğulayıb ki,onlar güclü olduqlarını düşünüb bölgədə hərəkətə keçdilər:

"Onlar güclü olduqlarını düşündülər. Düşündülər ki,İraq və Suriyada müqavimət cəbhəsi quracaqlar.lakin Suriya xalqı və Suriyanın dostlarının sayəsində bu planları pozuldu.Əllərinə keçirdikləri torpaqların böyük hissəsi təmizlənərək azad olundu.Bu həmlələrimizin davamı gələcək və Rakka da azad olunacaq."

Vilayəti Türkiyə,Suriya,İraq və İranda yaşayan kürdlərlə bağlı sualı cavablandırarkən bildirib ki,onlar yaşadıqları ölkələrin tam hüquqlu vətandaşlarıdırlar :

"Suriya kürdlərinin də ayrılmaq planları yoxdur.Bütün bölgə ölkələrində yaşayan müxtəlif etnik qruplar yaşadıqları ölkələrin vətandaşlarıdırlar və onlara qarşı heç bir ayrı-seçkilik sərgilənmir.Biz hər bir yerdə,xüsusən yaşadığımız bölgədə bölücülüyün əleyhinəyik.Biz kürd qardaşlarımızla eyni mədəniyyətə,eyni tarixə,eyni dinə mənsubuq.lakin bəziləri bunu gözdən qaçırırlar.

Biriləri çıxıb ABŞ-da olan düşüncə sahiblərinə anlatmalıdır ki,onlar buranı öz ayaqları ilə tərk etməlidirlər, əks tədirdə onları bölgədən güc vastəsi ilə çaxaracağıq.ABŞ gələcəkdə,həm də çox yaxın gələcəkdə bölgəmizdən bayıra atılacaq.Bu günün tarixini yadda saxlayın, olduqca yaxın zamanda ABŞ bölgəni tərk edəcək."

Əli Əkbər Vilayəti 15 avqusta Türkiyədə çevrişilişə cəhd edən FETO terror təşkilatının da arxasında Vaşinqton hökumətinin dayandığına toxunaraq qeyd edib ki,o zaman İran hökuməti prezident R.T.Ərdoğana dəstək nünmayiş etdirmişdir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Noyabr, 2017  10:07 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!