إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraqda saxlanılan azərbaycanlı qadınlardan xəbər var - RƏSMİ

Bir neçə gün əvvəl iraqlı deputat Vian Dahil  bir qədər əvvəl hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan edib.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, İraqda saxlanılan azərbaycanlı qadın və uşaqların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində təmaslar davam etdirilir.

Ahlibeyt.az.ın Modern.az-a istinadən məlumatına görə, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Xarici İşlər Nazirliyi digər aidiyyatı orqanlarla əlaqələndirilmiş şəkildə məsələni diqqətdə və nəzarətdə saxlayır:

“Hazırda İraqdakı azərbaycanlıların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesi həyata keçirilir. İraq Respublikasının hüquq-mühafizə orqanları və Xarici İşlər Nazirliyilə də əsas təmaslarımızı aparırıq. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə danışıqlar gedir. İlkin olaraq, orada olan azərbaycanlıların humanitar şəraitinin yaxşılaşdırılmasına çalışırıq”.

Nazirlik rəsmisi bildirib ki, azərbaycanlı 4 yaşlı Abdulla ilə bərabər olan 3 yaşlı Xədicənin kimliyi hələ də müəyyənləşməyib:

“Orada qalan uşaqların valideynlərinin kimliyinin müəyyənləşdirilməsi prosesi gedir. Azyaşlı Xədicə adlandırılan qızcığaz da danışmaq iqtidarında olmadığı üçün onun yaxınlarının müəyyənləşməsində çətinliklər var. Hazırda onun valideynlərinin kimliyi dəqiqliklə yoxlanılır. Amma əvvəl də açıqladığımız kimi, həmin qızın Abdulla adlı uşağın bacısı olması öz təsdiqini tapmayıb”.

Qeyd edək ki, valideynləri İŞİD-ə qoşulan 4 yaşlı Abdulla 2017-ci il oktyabrın 12-də Azərbaycana gətirilərək yaxınlarına təhvil verilib.





Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2017  14:03 Çap

Bu bölmədə


Xəbər lenti















© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com