إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Myanmanın lideri ilk dəfə müsəlmanların qovulduğu əraziyə gedib

Myanmanın dövlət katibi eyni zamanda bu vəzifədə ölkənin baş naziri səlahiyyətlərini icra edən ölkənin faktiki lideri Aun San Su Çji müsəlmanlar qovulduqdan sonra ilk dəfə Rakhayna, Arakana səfər edib.

Ahlibeyt.az “Report”a istinadən xəbər verir ki, bunu Myanma liderinin təmsilçisi bildirib.

O, hərbi helikopterlə əyalətin paytaxtı Situeyə gedib.

Bu bölgədə rohinca müsəlmanlarına qarşı işlədilən cinayətdən sonra Aun San Su Çjinin həmin əraziyə ilk səfəridir.

Myanma liderinin təmsilçisi bildirib ki, Nobel sülh mükafatı laureatı Aun San Su Çji ölkə müsəlmanlarının anklavına, Maunqdo yaşayış məntəqəsinə baş çəkib.

2015-ci ildə seçkilərdə qələbə qazanandan sonra ölkə lideri Rakhayna səfər etməyib.

Xatırladaq ki, Myanmadan 800 minə yaxın müsəlman qonşu Banqladeşə sığınıb. Dövlət Departamenti ABŞ-ın Myanmanın Rakhayn ştatında insan haqqlarının pozulmasına görə rəsmi Neypidoya qarşı sanksiya tətbiq oluna biləcəyini bəyan edib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2017  14:00 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!