|
|
Azərbaycan Qarabağ münaqişəsi ilə əlaqədar BMT baş katibinə məktub ünvanlayıbBMT Baş Assambleyasının 72-ci sessiyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”, “GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri”, “Milli və beynəlxalq səviyyədə qanunun aliliyi” və digər gündəlik mövzularına uyğun olaraq, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT-nin baş katibi Antoniu Quttereşə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məktub ünvanlanıb. Ahlibeyt.az-ın verdiyi xəbərə ggörə,bu barədə SalamNews-a Azərbaycan XİN-dən məlumat verilib. Məktubda Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələri, Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar, münaqişənin humanitar və başqa aspektləri, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllər və buna görə üçüncü tərəflərin məsuliyyəti və digər məsələlər müfəssəl şəkildə fundamental faktlarla izah olunub və bu xüsusda, Ermənistanın iddialarının əsassızlığı bir daha sübut edilib. Məktub A/72/508-S/2017/836 nömrələri ilə BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2017 09:01 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |