إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bəhreynlilər Ali Xəlifə tərəfindən dağıdılmış məscidləri yenidən inşa etməyə başlayıblar

əl-Manar telekanalının verdiyi xəbərlərdə deyilir ki, dünəndən bəhreynlilər Ali Xəlifə rejimi tərəfindən dağıdılmış məscidləri yenidən inşa etməyə başlayıblar.

Xəbərdə deyilir ki, Bəhreyn Alimlər Birliyinin çağırışlarına əsasən artıq dünəndən Ali, əl-Kürə, Səlmabad, əz-Zənc, əl-Mahuz və Muqabə məntəqələrində məscidlərin yenidən inşası işləri başlanmışdır.

Xatırladaq ki, Ali Xəlifə rejimi etiraz aksiyaları başlanandan sonra şiələrə məxsus 60-dan artıq məscid və hüseyniyyəni yerlə yeksan ediblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2012  19:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!