
əl-Manar telekanalının verdiyi xəbərlərdə deyilir ki, dünəndən bəhreynlilər Ali Xəlifə rejimi tərəfindən dağıdılmış məscidləri yenidən inşa etməyə başlayıblar.
Xəbərdə deyilir ki, Bəhreyn Alimlər Birliyinin çağırışlarına əsasən artıq dünəndən Ali, əl-Kürə, Səlmabad, əz-Zənc, əl-Mahuz və Muqabə məntəqələrində məscidlərin yenidən inşası işləri başlanmışdır.
Xatırladaq ki, Ali Xəlifə rejimi etiraz aksiyaları başlanandan sonra şiələrə məxsus 60-dan artıq məscid və hüseyniyyəni yerlə yeksan ediblər.