|
• Mənəviyyat • MənəviyyatAllah bağışlayan və rəhm edəndir - "Kumeyl" duasının fəzilət və şərhiBöyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik. Vüsal Məmələkəti Hicran xarabasının sakininə əqlən və şərən vacibdir ki, səmərəsiz və zərərli şeyləri qəlbindən çıxarıb, vüsal məmləkətinə doğru hicrət etsin. İnsan eşq və çalışqanlıqla hərəkətə gəlməli, zikrdən güc alaraq mərifət və fəzilət, sədaqət və düzlük, haqq və həqiqət, vəfa və səfa, bəndəlik və ibadət, səbir və təvəkkül... məmləkətinə qədəm qoymalı, Allahla yaxınlığın şirinliyini duymalı, vüsal çiçəyinin ətrini almalı, İlahi əxlaqla bəzənməli, peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaşlığa nail olmalıdır. Qurani-Kərim çirkinlikdən gözəlliklərə doğru yönəlmiş bu aşiqanə hicrət haqqında buyurur: «Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allaha və onun peyğəmbərinə tərəf hicrət etsə sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah özü verər. Allah bağışlayan və rəhm edəndir. İstəklər tüğyanda, mənzilsə uzaq, Doğru yol gərəkmiş hər şeydən qabaq. Qəflət yuxusunda sovuşmuş ömür, Könül qəm odunda qızarmış kömür. Bu dəryada dalğa qılıncdan iti, Təkində gövhəri düşünmə qəti. Dəyərli anları xərcləmə heçə Haqqı sevən gərək dünyadan keçə. Sevgi günəşidir zülməti yaran, Kölgədə oturan gətirməz davam. ZİKR Araşdırmalara əsasən, «bizikrikə» kələməsindəki «b» hərfi səbəb mənasındadır. Demək, cümlənin mənası belə olur: «Pərvərdigara, mən Sənin zikrinin səbəbi ilə Sənə yaxınlıq axtarıram». «Zikr» kəlməsi üç məna ifadə edə bilər: Allah-Taalaya diqqət və onu qəlbən xatırlamaq; Quran; Peyğəmbər (s) və Əhli-beyt (ə). Zikr qəflətin ziddidir. Allahdan qəflətdə olan şəxs ömrünün puça çıxmasından, günaha batmaqdan, haqqı tapdamaqdan, haram yeməkdən qorxmur. Amma daim Allahı xatırlayıb qəlbində Onu zikr edən şəxs inanır ki, peyğəmbərlər və kitablar hidayət üçün göndərilib, itaət edənləri behişt, etməyənləri cəhənnəm gözləyir. Bu qəbil insanlar yalnız Allahın razılığını qazanmaq üçün ibadət edir, insanlara xidmət göstərir, haramdan uzaq olur, başqalarının hüququna riayət edir, elm və mərifət öyrənir və s. Batinə aid olan zikr və diqqət o qədər qüdrətlidir ki, qısa bir müddətdən sonra insanı ibadət şirinliyinin duyulduğu bir məqama çatdırır. Ağır qəflətə düçar olmuş Yunus qövmü alim və aşiq bir şəxsin köməkliyi ilə qəflətdən oyandılar. Allah zikrinin köməyi ilə qəflət pərdələri yırtıldı, üzlər torpağa sürtüldü, göz yaşları qəlbləri çirkinlikdən təmizlədi. Onlar həqiqi tövbə etməklə öz vətənlərini ölüm saçan şimşəklərin bəlasından qorudular. Bütün qalan ömürlərini ibadət və bəndəlikdə keçirib, nəhayət, əbədi behiştdə sakin oldular. İbadət və bəndəlik, zikr və diqqət vasitəsi ilə qaranlıq keçmişlərinin üstündən xətt çəkən bu günahkarlar qaranlıqdan işığa çıxmağın yolunu bütün dünyaya göstərdilər. Bəşər tarixinin səhifələrini öz qəlblərinin nuru ilə işıqlandırmış Asya, Əshabi-Kəhf, Bəhlul Nəbbaş, Hürr ibn Yəzid, Fuzeyl Əyaz kimi şəxsiyyətlər zikr və diqqət vasitəsi ilə şeytan qurğusundan qurtulub Allahın rəhmətinə qovuşdular. Haqqı axtaran insan Könül verməz dünyaya. Tutar Tanrı yolunu, Təslim olmaz xülyaya. Düşər tamah atından, Gedər üzü məşuqa. Cilovu buraxansa Uçar başı aşağa Bu dünya öz quluna Çətin yandıra ürək. Ölümə sürünən qul Özü qurtulsun gərək. Tamahına «sus» deyən Çatdı mənzil başına. Qənaəti seçənlər Otdu elçi daşına. Ardı var.. Əvvəli - http://ahlibeyt.az/news/a-7536.html
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Oktyabr, 2017 14:50 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |