إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraqın kürd muxtariyyəti referendumun nəticələrini dondurmağa hazır olduğunu bəyan edib

Kürd muxtariyyətinin rəhbərliyi İraq hökumətinə atəşi dayandırmağı və dialoqa başlamağı təklif edərək, öz tərəfindən referendumun nəticələrini dondurmağa hazır olduğunu bəyan edib.

Ahlibeyt.az-ın məlumatına görə, APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə əsasən, bu barədə regional hökumətin saytında dərc olunmuş bəyanatda qeyd olunub.

“Kürd və İraq xalqı qarşısında üzərimizə götürdüyümüz öhdəliklərin icrası üçün biz İraq hökuməti, İraq və dünya ictimaiyyətinə aşağıdakıları təklif edirik: 1) Bölgədə atəşin və bütün hərbi əməliyyatların dərhal dayandırılması, 2) Kürd muxtariyyətində keçirilmiş referendumun nəticələrinin dondurulması, 3) Konstitusiyanın əsasında bölgə hökuməti və İraq federal hökuməti arasında açıq dialoqa başlamaq”, - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.

Qeyd edək ki, oktyabrın ortalarında İraq ordusu ölkənin ərazi bütövlüyünün bərpası uğrunda arşı genişmiqyaslı hərbi əməliyyat keçirərək Kərkük və Sincar da daxil olmaqla "peşəmərgə" qüvvələrinini bütün ərazilərdən çıxarmışdır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2017  09:41 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!