إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Maddi işlərə ifrat surətdə bağlılıq - "Kumeyl" duasının fəzilət və şərhi

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.

Hicran Xarabası

Maddi işlərə ifrat surətdə bağlılıq, şəhvətə əndazəsiz meyl, ləzzətə aludəçilik, bütün vaxtı dünya malı qazanmağa sərf etmək, qafil insanlarla yoldaşlıq, xeyir işlərdən uzaqlıq, israfçılıq, xalqın problemlərinə biganəçilik, vacib işlərdə süstlük, günaha batmaq, elm və maarifdən xəbərsizlik hicran xarabasında sakinliyin nişanələridir.

Bu xarabada hiyləgərlikdən, heyvanlıq və şeytançılıqdan, qarətçilik və quldurluqdan, yalan və xəyanətdən, riyakarlıq və eqoizmdən, qeybət və böhtandan, zina və oğurluqdan, təkəbbür və lovğalıqdan, bir sözlə günahdan başqa bir şey tapılmaz. Bu xarabalıqda qiymətli ömür puça çıxır, mənəvi dəyərlər havaya sovrulur, Adəm övladı əbədi bədbəxtliyə düçar olur. Bu xarabada bütün ixtiyar şeytansifət cin və insanların əlindədir.

Burada əksər insanlar daxilən heyvandır. Bu xarabadakı varlıqlar həqiqətə arxa çevirərək, zənn və gümana əsaslanırlar. Günahla qol-boyun olan bu dəstə ismət pərdəsini aradan qaldırmış, azğın nəfsin laylasından yatmışdır. Onların arvadları günahkar, qızları hiyləgər, oğlanları qəddar, cavanları şəxsiyyətsiz, qocaları fasiq və bədəməldir. Onlar siçovul, dovşan, ilan, əqrəb xislətlidirlər. Biri dişi, o biri isə quyruğu ilə sancır.

Bu xarabanın adı təbiət, padşahı cəhalət, ordusu çirkinliklər, tərkibi haram, məqsədi insanı məhv etməkdir.

Ardı var..



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2017  14:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!