إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Səfər ayı daxil oldu - Əlamətdar günlər

Kərbəlada Aşura hadisəsindən sonra Əhli-beyt  (ə) əsirlərinin Şama daxil edilməsi və 37-ci hicri–qəməri ilində Siffeyn  döüyüşünün başlanması Səfər ayının ilk gününə təsadüf etmişdir.

Hicri-qəməri təqvimi ilə məhərrəm ayı sona çatıb və səfər ayı daxil olub - Bu gün  qəməri təqvimi ilə səfər ayının ilk günüdür.

Hicri təqvimi ilə Səfər ayı Məhərrəm ayından sonra gələn ikinci aydır.

Kərbəlada Aşura hadisəsindən sonra Əhli-beyt  (ə) əsirlərinin Şama daxil edilməsi və 37-ci hicri–qəməri ilində Siffeyn  döüyüşünün başlanması Səfər ayının ilk gününə təsadüf etmişdir.

Bu ayın Səfər adlanması barədə iki səbəb göstərilib.

Birinci səbəb kimi o göstərilir ki, Səfər kəlməsi ərəbcə olan "Sufrəh صُفْرَة" kəlməsindən götürülüb ki, mənası "sarı" deməkdir. Və bu ayın adının qoyulmasının vaxtı payız fəsli olub və ağacların yarpaqları sarı olmuşdur. Bu versiya daha zəif versiyadır.

İkinci səbəb kimi isə o göstərilir ki, Səfər kəlməsi "Sifr صِفْر" kəlməsindən götürülüb ki, mənası "boş" deməkdir. Beləki, haram ayından sonra gələn Səfər ayı gələndə isə müharibəyə yollanardılar və evləri boş qalardı.Ona görə də bu aya”boş ay” deyərdilər.

Hz.Rəsuləlah(s) Səfər ayı barədə buyurarmış: "Hər kim mənə Səfər ayının bitdiyini xəbər verərsə, ona Cənnət müjdəsini verərəm".

"Səfər” ayı "ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on dəfə oxumaq tövsiyə olunur:

يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيزُ ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِلُ يَا لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ

Ya şədidəl quva və ya şədidəl mihal, ya əzizu ya əzizu ya əziz, zəllət biəzəmə­tikə cə­miu xəlqikə fəkfi­ni şərrə xəl­qik, ya muhsinu ya mucmilu ya mun`imu ya mufzil, ya la ilahə illa ənt, subhanəkə inni kuntu minəz-zalimin, fəstə­cəb­na lə­hu və nəccəynahu minəl-ğəmm, ə kəzalikə nuncil mu`­minin, və səlləllahu əla Mu­həm­mədin və alihit-təy­yibinət-tahirin.

Səfər ayının üçüncü gününün əməlləri:

Seyid ibn Tavus "Əshabunəl-imamiyyə” kitabından belə nəql edir: "Səfər ayının üçüncü günü iki rükət namaz qılmaq müstəhəbdir. Belə ki, namazın birinci rükətində "Həmd” surəsindən sonra "Fəth” surəsi, ikinci rükətdə "Həmd” surəsindən sonra "İxlas” surəsi, namazın salamından sonra isə yüz dəfə salavat və yüz dəfə "Əllahumməl`ən alə Əbi Sufyan.” (Allah Əbu Süfyanın övladlarına lənət etsin!) – demək, ondan sonra da yüz dəfə tövbə edib, Allahdan hacət diləmək göstəriş verilir.

Səfər ayının 20-si - (Ərbəin) gününün əməlləri:

İmam Hüseynin (ə) ərbəinində (qırxında) o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: "İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün və fəzilətli olsun?” O həzrət buyurdu: "Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər... O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər...”

İmam Həsən Əskəri (ə) buyurmuşdur: "Möminin beş əlaməti vardır: 1. hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq; 2. sağ ələ üzük taxmaq; 3. səcdədə alını torpağa qoyub, ucadan "Bisillahir-Rəhmanir-Rəhim” demək; 4. "Ərbəin” günü imam Hüseyni (ə) ziyarət etmək; 5. "Ərbəin” gününə məxsus ziyarətnaməni oxumaq.

Bu ayda İslam tarixində baş verən bəzi hadisələri qeyd edirik:


Səfər ayının 1-i: İmam Hüseynin (ə) əhli-beytinin (ə) əsir kimi Şama daxil olması.

 

Səfər ayının 5-i: Həzrət Rüqəyyənin (s.ə) şəhadəti.

 

Səfər ayının 7-si: İmam Musa Kazımın (ə) doğum günü.

 

Səfər ayının 8-i: Peyğəmbərimizin (s) məşhur səhabəsi Səlman Farsının vəfatı.

 

Səfər ayının 9-u: Əmmar Yasirin Siffeyndə şəhid olması.


Səfər ayının 14-ü: Əbu Bəkrin oğlu Muhəmmədin Misirdə Əmr As (lən) tərəfindən vəhşicəsinə şəhid edilməsi

 

Səfər ayının 17-si: Üveys Qərəninin Siffeyn döyüşündə şəhadəti.

 

Səfər ayının 20-si: İmam Hüseynin(ə) şəhadətinin “Ərbəin”(40 mərasimi) günü.

 

Səfər ayının 28-i: Peyğəmbəri-Əkrəmin(s)  vəfatı,İmam Həsən-     Müctəbanın(ə) vəfatı

 

Səfər ayının 29-u: İmam Rzanın (ə) şəhadəti.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2022  09:00 Çap

Bu bölmədə

16 İyul, 2024
Bu gün Aşuradır

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!