إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq

Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da  Cenevrədə görüşü keçiriləcək.

Qeyd edək ki,görüş İsveçrənin BMT-nin Cenevrə ofisindəki və digər beynəlxalq təşkilatlardakı və daimi nümayəndəsinin ofisində keçiriləcək.

Danışıqlardan sonra Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü də planlaşdırılıb.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Oktyabr, 2017  14:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!