
Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə görüşü keçiriləcək.
Qeyd edək ki,görüş İsveçrənin BMT-nin Cenevrə ofisindəki və digər beynəlxalq təşkilatlardakı və daimi nümayəndəsinin ofisində keçiriləcək.
Danışıqlardan sonra Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü də planlaşdırılıb.