إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kərbəlada Ərbəin ziyarəti mövzusunda beynəlxalq konfrans keçiriləcək

Oktyabrın 14-də  Kərbəlada  “Ərbəin ziyarəti, mövzular və nəticələr”  mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, elmi konfrans  İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən  “Kərbəla” elmi tədqiqatlar və araşdırmalar mərkəzinin təşəbbüsü ilə  keçirilir.

Konfrans şənbə günü  yerli vaxtla saat 9-da  İmam Hüseyn (ə) hərəminin “Seyidül-Övsiya” konfrans zalında başlayacaq.

Konfransda müxtəlif ölkələrdən  elm adamları, araşdırmaçılar və yazıçılar iştirak edəcək.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2017  15:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!