
Oktyabrın 14-də Kərbəlada “Ərbəin ziyarəti, mövzular və nəticələr” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, elmi konfrans İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən “Kərbəla” elmi tədqiqatlar və araşdırmalar mərkəzinin təşəbbüsü ilə keçirilir.
Konfrans şənbə günü yerli vaxtla saat 9-da İmam Hüseyn (ə) hərəminin “Seyidül-Övsiya” konfrans zalında başlayacaq.
Konfransda müxtəlif ölkələrdən elm adamları, araşdırmaçılar və yazıçılar iştirak edəcək.