إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda V Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub

Sentyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə reallaşan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkada 150-dən çox yerli, 40 xarici olmaqla ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edir.

Açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən builki kitab sərgi-yarmarkasına böyük marağın olduğunu bildirib.

Poliqrafiya müəssisələrinin öz məhsulları ilə təmsil olunmasını diqqətə çatdıran nazir üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, “dəyirmi masalar”ın, müzakirələrin aparılacağını bildirib.

Nazir son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdırıb. Azərbaycanda poliqrafiya sənətinin inkişafından söz açan Ə. Qarayev bildirib ki, ölkəmiz hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür.

Azərbaycanda son vaxtlar vahid elektron kitabxana sistemi adlandıran ALISA-nın tətbiqinə başlanılacağını qeyd edən nazir, sərgi çərçivəsində bu sistemin təqdimatının olacağını da diqqətə çatdırıb.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Elçin Əfəndiyev belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə keçirilir.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Qeyd edək ki, sərgi sentyabrın 30-dək davam edəcək.

 

 

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Sentyabr, 2017  15:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!