إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Məzluma Köməkdən İmtina - "Kumeyl duası"nın fəzilət və şərhi

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.

Qəlbisınıq İnsanın Çağırışına Diqqətsizlik

Maddi ziyana düşmüş, əzizlərindən birini itirmiş, hər hansı bir müsibətə düçar olmuş insanın fəryadına səs vermək istəyi fitri bir xüsusiyyətdir. Qəlbisınıq insanın səsinə səs verməmək müsəlmanlığa, insanlığa sığmayan bir işdir.

İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs müsəlmanların işinə yarımadan sübhü açarsa, müsəlman deyil».("Həcc”, 21.)Öz din qardaşına yardım və onun fəryadına çatmaq Allah əmri, Peyğəmbər (s) və imamların (ə) sifarişidir.

İmam Sadiq (ə) buyurur: «Allah möminin qəm-qüssəsini aradan qaldıran kəsin axirət qəm-qüssəsini aradan qaldırar. ... Möminin aclığını doyuran kəsə Allah behişt meyvəsi yedirər. Möminin susuzluğunu şərbətlə yatıran kəsin susuzluğunu Allah «rəhiqi məxtum» ilə yatırar».("Əmaliye-Mufid”, 136.)

İmam (ə) başqa bir hədisdə belə buyurur: «Hər kəs çətinlik zamanı mömin qardaşının fəryadına çatıb, onun qüssəsini aradan qaldırsa və ona istəyinə çatmaqda yardımçı olsa, Allah onun üçün 72-rəhmət yazar ki, birini dünya işlərinin həllinə ayırıb, 71-ni qiyamət qorxusu üçün ehtiyat saxlasın».("Rəbiul-asar”.)

Məzluma Köməkdən Çəkinmə

Məzluma yardım, ona kömək əli uzatmaq İslam dinində o qədər əhəmiyyətli iş hesab olunur ki, Həzrət Əli (ə) ramazan ayının 21-ci gecəsi, ömrünün son dəqiqələrində övladları Həsənə (ə) və Hüseynə (ə) vəsiyyətində buyurur: «Zalıma düşmən, məzluma yardımçı olun».("Biharul-ənvar”, 93-253.) Bəli, bu sözlər zülm və məzlum qarşısında möminin ən gözəl şüarıdır.

İslam Peyğəmbəri (s) buyurur: «Hər kəs zalımdan məzlumun haqqını alsa, behiştdə mənə yoldaşdır».("Biharul-ənvar”, 93-120.)Həzrət Əli (ə) buyurur: «Məzlum görəndə zalıma qarşı ona kömək et».("Təfsire-burhan”.) «Ən gözəl ədalət məzluma yardım göstərməkdir».("Biharul-ənvar”, 4-111.)

İmam Sadiq (ə) buyurur: «Möminin zülmə düşmüş möminə yardımı bir ayın orucu, Məscidül-həramda etikafdan üstündür. Yardım etməyə qüvvəsi çatan mömin öz mömin qardaşına yardımçı olarsa, dünya və axirətdə Allah ona yardımçı olar. Gücü çatdığı halda möminə yardım etməyi boşlayanı Allah dünya və axirətdə boşlayar».("Vəsailuş-şiə”, 20-155.)

İslam Peyğəmbəri (s) buyurur: Allah-Taala buyurmuşdur: «And olsun izzət və cəlalıma, dünya və axirətdə zalımdan hökmən intiqam alaram. Məzlumu görüb, gücü çatdığı halda ona yardım etməyəndən də intiqam alacağam».("İnfitar”, 10-12)

Ardı var..

Əvvəli: http://ahlibeyt.az/news/a-7307.html

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2017  11:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!