إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Çirkin sözlər danışmaq - Kumeyl duasının fəzilət və şərhi

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.

Çirkin sözlər danışmaq

Dil haqq və müsbət sözlər danışıb xalqı doğru yola yönəltməklə böyük savab qazana bildiyi kimi, məntiqsiz və çirkin sözlər danışıb qeybət və böhtana yol verməklə, əbədi əzaba düçar ola bilər. Din böyükləri deyirlər: «Dil kiçik günahı isə böyükdür».

Həzrət Peyğəmbər (s) buyurur: «Şübhəsiz ki, insanın bir çox xataları onun dilindədir».("İnfitar”, 13-14.) İmam Sadiq (ə) buyurmuşdur: «İnsanın işində şeytanın iştirak əlamətləri bunlardır: Söyüş söyən olsun, nə danışmaqdan və onun haqqında nə danışılacağından qorxmasın».("Maidə”, 27.) «Söyüş söymək batildir, batil isə atəşdədir.»("Muminun”, 101.)

Bir sıra rəvayətlərdə belə nəql olunur: «Müsəlman qardaşına söyüş söyən şəxsin ruzisindən bərəkət götürülər, o özbaşına buraxılar, yaşayış vasitələri məhv olar».("Taha”, 109.)

Kumeyl duasında oxuyuruq:

«Allahumməğfirliyəz-zunubəl-ləti tunzilul bəla»

(«Pərvərdigara, bəla nazil edən günahlarımı bağışla»)

Üç günah insana bəla nazil edər:

1. Qəlbisınıq insanın fəryadına diqqətsizlik;

2. Məzluma kömək etməmək;

3. Əmr be məruf və nəhy əz munkərin, yəni yaxşıya dəvət və pisdən çəkindirmənin tərki.

Ardı var..

Əvvəli: http://ahlibeyt.az/news/a-7284.html

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Avqust, 2017  14:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!