|
• Mənəviyyat • MənəviyyatABŞ-da müxtəlif din nümayəndələrinin toplanışında "Həmd" surəsi qiraət edildiAvqust ayının 6-da Amerikanın Vayoming əyalətinin "Çeyn" şəhərinin yaradılmasının 150-ci il dönümündə müxtəlif dinlərin ardıcıllarının iştirakı ilə keçirilən mərasimdə HƏMD surəsi qiraət edilib. Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Amerikanın Vayoming əyalətinin "Çeyn" şəhərinin yaradılmasının 150-ci il dönümündə müxtəlif dinlərin ardıcıllarının iştirakı ilə keçirilən bayram mərasimində Quran- Kərimin HƏMD (Fatihə) surəsi qiraət edilib. Bu mərasimdə müxtəlif dinlərin, o cümlədən İslam, məsihilik, yəhudilik və sair dinlərin 200 nəfərdən çox ardıcılları və dini rəhbərləri iştirak ediblər. Mərasimin keçirilməsi məsulları müxtəlif dillərdə oxunan duaların müxtəlif dillərə tərcüməsini də qiraət olunmuşdur. Həmçinin Çeyn şəhərinin İslam Mərkəzinin nümayəndəsi Məhəmməd Saleh tərəfindən Fatihə surəsinin 6 və 7-ci ayələri də oxunaraq iştirakçılar üçün tərcümə olunub. Mərasimdə iştirak edən Çeyn şəhər kilsəsinin keşişləri bu şəhərin müxtəlif dinlər və məzhəblərə baxışı barədə insanların ən tolerant olduqlarını söylədilər və qeyd etdilər ki, bizim arzumuz müxtəlif dinlərin ardıcılları arasında dostluq, qardaşlıq və vəhdət yaratmaqdır və bu mərasim də bu hədəfə yaxınlaşmaq üçün yaxşı bir fürsət idi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Avqust, 2017 15:41 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |