9 Avqust, 2017
ABŞ-da müxtəlif din nümayəndələrinin toplanışında "Həmd" surəsi qiraət edildi

Avqust ayının 6-da Amerikanın Vayoming əyalətinin "Çeyn" şəhərinin yaradılmasının 150-ci il dönümündə müxtəlif dinlərin ardıcıllarının iştirakı ilə keçirilən mərasimdə HƏMD surəsi qiraət edilib.

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Amerikanın Vayoming əyalətinin "Çeyn" şəhərinin yaradılmasının 150-ci il dönümündə müxtəlif dinlərin ardıcıllarının iştirakı ilə keçirilən bayram mərasimində Quran- Kərimin HƏMD (Fatihə) surəsi qiraət edilib.

Bu mərasimdə müxtəlif dinlərin, o cümlədən İslam, məsihilik, yəhudilik və sair dinlərin 200 nəfərdən çox ardıcılları və dini rəhbərləri iştirak ediblər.

Mərasimin keçirilməsi məsulları müxtəlif dillərdə oxunan duaların müxtəlif dillərə tərcüməsini də qiraət olunmuşdur.

Həmçinin Çeyn şəhərinin İslam Mərkəzinin nümayəndəsi Məhəmməd Saleh tərəfindən Fatihə surəsinin 6 və 7-ci ayələri də oxunaraq iştirakçılar üçün tərcümə olunub.

Mərasimdə iştirak edən Çeyn şəhər kilsəsinin keşişləri bu şəhərin müxtəlif dinlər və məzhəblərə baxışı barədə insanların ən tolerant olduqlarını söylədilər və qeyd etdilər ki, bizim arzumuz müxtəlif dinlərin ardıcılları arasında dostluq, qardaşlıq və vəhdət yaratmaqdır və bu mərasim də bu hədəfə yaxınlaşmaq üçün yaxşı bir fürsət idi.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7280.html