|
• Mənəviyyat • MənəviyyatAllah düşmənlərinə məhəbbət - "Kumeyl Duası"nın fəzilət və şərhi"Böyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik. Allah düşmənlərinə məhəbbət Allah düşmənlərinə sevgi qəlbin xəstəliyindən doğur. İnsan yaxşı insanları və yaxşı işləri sevməli, pis işlər və pis insanlara düşmən olmalıdır. Əgər qəlb bunu istəmirsə, deməli xəstədir. Əgər bu xəstəlik ayə və rəvayətlərlə müalicə olunmazsa, böyük çətinliklərə səbəb olar. Qurani-Kərimdə Peyğəmbər (s) və möminlər kafirlərə qarşı amansız, öz aralarında isə mehriban tanıtdırılırlar. «Fəth» surəsinin 29-cu ayəsində oxuyuruq: «Məhəmməd (s) Allahın rəsuludur. Onunla olanlar kafirlərə qarşı amansız, öz aralarında isə mehribandırlar». Möminlərə belə buyurulur: «Nə mənim düşmənimi, nə də öz düşməninizi dost tutun. Onlar sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edir, mehribanlıq göstərirsiniz».("Bəqərə 128.) «Mucadilə» surəsinin 22-ci ayəsində oxuyuruq: «Allaha və axirət gününə inanan bir tayfanın - ataları, oğulları, qardaşları, qohumları olsalar da belə - Allah və onun rəsuluna qarşı çıxanlarla dostluğunu görməzsən». Ardı var.. Əvvəli: http://ahlibeyt.az/news/a-7195.html
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyul, 2017 14:02 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |