|
Tamah - "Kumeyl Duası"nın fəzilət və şərhi"Böyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik. Tamah Xalqın əlində olana məhəbbət tamahkarlıqdır. İmam Səccad (ə) buyurur: «Bütün xeyirləri xalqın sərvətindən, malından, məqamından tamahı kəsməkdə gördüm».("Əmaliye-Tusi”, 379.)İmam Sadiqdən (ə) soruşdular ki bəndəni imanlı edən və onun imanını əlindən alan nədir? İmam (ə) buyurdu: «Təqva imanlı edər, tamah imanı əldən alar».("Mizanul-hikmə”, 7-3400.) İmam Hadi (ə) buyurur: «Tamah çirkin bir sifətdir».("Bəqərə”, 154-156.)İmam Sadiq (ə) buyurur: «Əgər xoşhal olub dünya və axirət xeyrinə çatmaq istəyirsənsə, xalqın əlində olana tamah salma».("Kafi”, 2-91.) Həzrət Əli (ə) buyurur: «Ömür boyu azad qalmaq istəyən kəs qəlbində tamaha yer verməz».("Təfsire-Qummi”, 1-370.) Həsəd və paxıllıq Çox çirkin sifət olan həsəd odur ki, camaatın var-yoxunun onların əlindən çıxmasını arzulayasan. Paxıllıq Allahın bölgüsünə Onun başqalarına nemət verməsinə etirazdır. Təkəbbür və özünü bəyənmək, rəyasətə və üstünlüyə məhəbbət insanda həsəd doğuran amillərdir. İmam Sadiq (ə) buyurur: «Alov çör-çöpü yandırdığı kimi, həsəd də imanı yandırır».("Əmaliye-Səduq”, 557.)«Həsəd, xudbinlik və lovğalıq dinin bəlasıdır.»("Təfsire-Qumi”, 2-81) İmam Sadiq (ə) buyurur: «Həzrət Musa (ə) Allah-Taala ilə münacat etdiyi vaxt buludun bir kişiyə kölgə saldığını görür. Allaha ərz edir ki, bu şəxs kimdir? Allah-Taala buyurur: «Bu o şəxslərdəndir ki, Allahın ehsan əta etdiyi insanlara paxıllıq etmir».("Biharul-ənvar”, 87-338.) Ardı var.. Əvvəli:http://ahlibeyt.az/news/a-7178.html
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyul, 2017 12:41 ⁄ Çap
Bu bölmədə23 Sentyabr, 2023 İnsan özünü necə tanıya bilər?..21 Sentyabr, 2022 Sədəqə Allahın qəzəbini yatırar22 Avqust, 2018 Qurban bayramı - Tohidin qələbəsi |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |