|
• Mənəviyyat • MənəviyyatHərislik - "Kumeyl Duası"nın fəzilət və şərhi"Böyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik. Hərislik Ehtiyacdan artıq olan var-dövlətə meyl insanın fikrini dolaşıq salır, onu ilahi əhkam və əxlaqdan, insanlıqdan uzaqlaşdırır. Xalqın malına və haqqına göz dikən insan harama, qarətə və günaha düçar olur. Allahı, qiyaməti düşünmək, Allahın əzabından qorxmaq, əxlaq məsələlərinə riayət etmək, insanların hüququnu pozmamaq insanı hərislikdən və həddi aşmaqdan qoruyur. Əgər Allah-Taala insan üçün kamil bir süfrə sərmişsə qazanc üçün müxtəlif yollar qoyulmuşsa və insan qismətindəki son tikəni yeməmiş dünyadan getmirsə hərislik nəyə lazımdır?! İslam Peyğəmbəri (s) buyurur: «Ən ehtiyacsız şəxs o şəxsdir ki, tamaha əsir olmasın».("Ğürərül-həkim”, 83.)Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) vəsiyyətində buyurur: «Ya Əli, səni üç ən çirkin xüsusiyyətdən çəkinməyə çağırıram: paxıllıq, hərislik və yalan.("Kafi”, 2-72.) İmam Sadiq (ə) buyurur: «Nuh gəmidən düşdüyü zaman İblis ona yaxınlaşıb dedi: «Yer üzündə boynumda sənin qədər minnəti olan insan yoxdur. Günahkarlara əzab istəməyinlə məni rahatlığa çıxardın. Səni iki xüsusiyyətdən xəbərdar edirəm. Həsəddən çəkin, gör başıma nələr gətirdi! Hərislikdən uzaq ol, gör Adəmin başına nələr gətirdi».("Kafi”, 2-71.) İslam Peyğəmbəri (s) buyurur: «Həris şəxs yeddi çətin bəla içindədir: bədəninə zərərli və faydasız fikir; sonsuz qəm-qüssə; yalnız ölümlə sona çatan əziyyət; nə vaxtsa düçar olacağı qorxu; şirini acıya döndərən kədər; İlahi əzaba düçar edən hesab (əfv olunmazsa); xilas yolu olmayan əzab».
Ardı var.. Əvvəli:http://ahlibeyt.az/news/a-6822.html
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyul, 2017 14:04 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |