18 İyul, 2017
Allah düşmənlərinə məhəbbət - "Kumeyl Duası"nın fəzilət və şərhi"

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik.

Allah düşmənlərinə məhəbbət

Allah düşmənlərinə sevgi qəlbin xəstəliyindən doğur. İnsan yaxşı insanları və yaxşı işləri sevməli, pis işlər və pis insanlara düşmən olmalıdır. Əgər qəlb bunu istəmirsə, deməli xəstədir. Əgər bu xəstəlik ayə və rəvayətlərlə müalicə olunmazsa, böyük çətinliklərə səbəb olar.

Qurani-Kərimdə Peyğəmbər (s) və möminlər kafirlərə qarşı amansız, öz aralarında isə mehriban tanıtdırılırlar. «Fəth» surəsinin 29-cu ayəsində oxuyuruq: «Məhəmməd (s) Allahın rəsuludur. Onunla olanlar kafirlərə qarşı amansız, öz aralarında isə mehribandırlar». Möminlərə belə buyurulur: «Nə mənim düşmənimi, nə də öz düşməninizi dost tutun. Onlar sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edir, mehribanlıq göstərirsiniz».("Bəqərə 128.)

«Mucadilə» surəsinin 22-ci ayəsində oxuyuruq: «Allaha və axirət gününə inanan bir tayfanın - ataları, oğulları, qardaşları, qohumları olsalar da belə - Allah və onun rəsuluna qarşı çıxanlarla dostluğunu görməzsən».

Ardı var..

Əvvəli:  http://ahlibeyt.az/news/a-7195.html

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7208.html