|
• Dünyadaİraqlı general: İŞİD liderlərinin çoxunu məhv etdik!İraqlı general İŞİD əleyhinə əməliyyat barədə danışıb. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İraq ordusu İŞİD terror təşkilatının liderlərinin əksəriyyətini məhv edə bilib. İraq ordusunun generalı Yəhya Rəsul Pentaqonda baş tutan brifinq zamanı jurnalistlər ondan, ərazilərin azad etmə əməliyyatları zamanı məhv edilmiş İŞİD başçılarının dəqiq sayı barədə məlumat verməsini xahiş edib. Lakin general dəqiq rəqəm səsləndirməyib. “Biz İŞİD rəhbərliyinə ciddi zərbə vurmuşuq. Bütün bunları, hər şeydən öncə kəşfiyyat məlumatlarının sayəsində etmək mümkün olub.”, - deyə o bildirib. Onun sözlərinə görə, İraq qüvvələri İŞİD-in bir çox başçısını məhv ediblər və hazırda da sağ qalanların təqibi ilə məşğuldurlar. Yüksəkrütbəli hərbçi qeyd edib ki, hələ də terrorçuların nəzarəti altında olan İraq torpaqlarınının azad edilməsi üçün ölkənin Silahlı Qüvvələrinin kifayət qədər imkanı var. Lakin o, ilin sonunadək İraqın terrorçulardan tam təmizlənəcəyini gözləmək olarmı? - sualını cavablandırmayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyul, 2017 13:01 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |