14 İyul, 2017
İraqlı general: İŞİD liderlərinin çoxunu məhv etdik!

İraqlı general İŞİD əleyhinə əməliyyat barədə danışıb.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İraq ordusu İŞİD terror təşkilatının liderlərinin əksəriyyətini məhv edə bilib.

İraq ordusunun generalı Yəhya Rəsul Pentaqonda baş tutan brifinq zamanı jurnalistlər ondan, ərazilərin azad etmə əməliyyatları zamanı məhv edilmiş İŞİD başçılarının dəqiq sayı barədə məlumat verməsini xahiş edib.

Lakin general dəqiq rəqəm səsləndirməyib.

“Biz İŞİD rəhbərliyinə ciddi zərbə vurmuşuq. Bütün bunları, hər şeydən öncə kəşfiyyat məlumatlarının sayəsində etmək mümkün olub.”, - deyə o bildirib.

Onun sözlərinə görə, İraq qüvvələri İŞİD-in bir çox başçısını məhv ediblər və hazırda da sağ qalanların təqibi ilə məşğuldurlar.

Yüksəkrütbəli hərbçi qeyd edib ki, hələ də terrorçuların nəzarəti altında olan İraq torpaqlarınının azad edilməsi üçün ölkənin Silahlı Qüvvələrinin kifayət qədər imkanı var.

Lakin o, ilin sonunadək İraqın terrorçulardan tam təmizlənəcəyini gözləmək olarmı? - sualını cavablandırmayıb.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7202.html