إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Liviya ordusu Benqazi şəhərini terrorçulardan azad edib

Liviya milli ordusu ölkənin ikinci böyük şəhəri olan Benqazini terrorçulardan tam azad edib.

Ahlibeyt.az-ın RiaNovosti agentliyinə istinadən verdiyi xəbərə görə,bu barədə Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftar bəyan edib.

Ordu komandanının xalqa müraciəti açıqlanıb -  "Silahlı qüvvələr Benqazinin təmamən terrorizmdən azad olunduğunu elan edir!"

“Terrorçular və onların havadarlarına qarşı iki ildən artıq aparılan mübarizə qələbə ilə nəticələnib. Benqazi artıq tam olaraq azad olunub"- X.Xaftar bildirib.

İki gün əvvəl Liviya ordusunun rəsmi nümayəndəsi açıqlama verərək bildirib ki,silahlı qüvvələr yaxın zaman ərzində ölkə paytaxtı Tripoli şəhərini döyüşsüz nəzarətə götürmək niyyətindədir.

Qeyd edək ki, 2014-cü ildən etibarən Liviya milli ordusu İŞİD və “Əl Qaidə” terror təşkilatları ilə əlaqəli ekstremistlərlə mübarizə aparır.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara(Əl-Qaidə və İŞİD-ə)qarşı mübarizə aparır.

Milli Barışıq Hökuməti isə Faez Sərracın rəhbərliyi altında Tripolidə yerləşir və bu hökumət Qərb ölkələrinin dəstəyi ilə yaradılıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyul, 2017  12:42 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!