
Liviya milli ordusu ölkənin ikinci böyük şəhəri olan Benqazini terrorçulardan tam azad edib.
Ahlibeyt.az-ın RiaNovosti agentliyinə istinadən verdiyi xəbərə görə,bu barədə Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftar bəyan edib.
Ordu komandanının xalqa müraciəti açıqlanıb - "Silahlı qüvvələr Benqazinin təmamən terrorizmdən azad olunduğunu elan edir!"
“Terrorçular və onların havadarlarına qarşı iki ildən artıq aparılan mübarizə qələbə ilə nəticələnib. Benqazi artıq tam olaraq azad olunub"- X.Xaftar bildirib.
İki gün əvvəl Liviya ordusunun rəsmi nümayəndəsi açıqlama verərək bildirib ki,silahlı qüvvələr yaxın zaman ərzində ölkə paytaxtı Tripoli şəhərini döyüşsüz nəzarətə götürmək niyyətindədir.
Qeyd edək ki, 2014-cü ildən etibarən Liviya milli ordusu İŞİD və “Əl Qaidə” terror təşkilatları ilə əlaqəli ekstremistlərlə mübarizə aparır.
2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara(Əl-Qaidə və İŞİD-ə)qarşı mübarizə aparır.
Milli Barışıq Hökuməti isə Faez Sərracın rəhbərliyi altında Tripolidə yerləşir və bu hökumət Qərb ölkələrinin dəstəyi ilə yaradılıb.