|
• DünyadaABŞ-ın Suriyadakı son səfiri: Biz xəta etdik - ABŞ İrana məğlub oldu!ABŞ-ın Suriyadakı son səfiri bu ölkədə gedən hadisələrin pərdəarxası məqamlarından söz açıb. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Suriyadakı son səfiri olmuş (2011-2014-cü illər) Robert Ford "Al-Sharq Al-Awsat"a verdiyi müsahibədə bildirib ki, Suriya hökuməti və onun müttəfiqləri, o cümlədən İran, sonda ABŞ-ın Suriyadakı “ağalığı” əldə etmə səylərinin qarşısını ala biləcəklər. “İran İslam Respublikası 1983-cü ildə Livanın paytaxtı Beyrut şəhərində olduğu kimi, amerikalıları Şərqi Suriyadan da geri çəkilməyə məcbur edəcək və Suriyada olan nüfuzu və mövqeləri möhkəmlənməyə davam edəcək.”- deyə Ford qeyd edib. Daha sonra Ford Suriyadakı hadisələrin qarşıdakı illər ərzində necə inkişaf edəcəyi barədə öz versiyası barədə danışıb: “Bəşər Əsəd ölkənin qərbindəki dayaq nöqtələrini yenidən öz nəzarəti altına alacaq, İran isə suriyameyilli qüvvələrə dəstək verərək onları gücləndirəcək. Həmin qüvvələr isə, 1980-ci illərdə İranın dəstəklədiyi “Hizbullah” hərəkatının etdiyi kimi, ABŞ-ı Şərqi Suriyadan tamamilə geri çəkilməyə vadar edəcək.” Bundan əlavə, Robert Ford hesab edir ki, ABŞ rəhbərliyi öz hazırkı müttəfiqləri olan kürdləri sonda yarı yolda qoyacaq. “Əsəd nəyə görə 2017-ci ilə qədər tab gətirərək hakimiyyətdə qala bildi?” sualının cavabında isə Ford deyib: “Biz düşünürdük ki, Suriya ordusu zəifləyəcək və bundan sonra tam taqətdən düşənədək müdafiə mövqeyi tutacaq. Ya da ki, suriyalı əsgərlər ordudan fərar edəcəklər... 2013-cü ilin əvvəlində mən gözləyirdim ki, Əsəd öz hakimiyyətini əldən verəcək, lakin bu zaman “Əl-Kusəyr” döyüşü baş verdi və “Hizbullah” çox sayda əsgərini döyüş meydanına göndərdi. 2013-cü ilin sonunda isə, “Azad Suriya Ordusu”nun (ASO) bütün elementləri məğlubiyyətə uğradı və onların əvəzinə “Əhrar əş-Şam” və “Nusra Cəbhəsi” quruldu. ASO cənubda da heç bir uğur əldə edə bilmədi... Bundan sonda biz düşünürdük ki, Əsəd ancaq və ancaq Dəməşq, Lazkiyyə, Homs və Həmanı əldə saxlaya biləcək, Hələb və ya hər hansısa digər bir şərq şəhərinə nəzarət edə bilməyəcək. Faktiki olaraq, biz ehtimal edirdik ki, Suriya parçalanacaq. Lakin biz heç düşünməzdik ki, Rusiya və İran 2014 və 2015-ci illərdə Əsədin müdafiəsi üçün bu qədər böyük resurslar ayıracaq. Əsəd qalib gəldi, mənim nəzərdə tutduğum odur ki, o, qalibdir və ya ən azından onun özü belə düşünür... Ola bilsin ki, Əsəd 10 ildən sonra bütün ölkəni öz nəzarəti altına geri qaytara biləcək.”, - deyə o sonda bildirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2017 15:57 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |