|
• DünyadaQətər XİN rəhbəri: “Qarşımıza qoyulan tələblər qeyri-realdır”Bir sıra dövlətlər tərəfindən qarşımıza qoyulan tələblər qeyri-realdır. Ahlibeyt.az-ın məlumatına görə, APA-nın “Al Arabiya” telekanalına istinadən verdiyi xəbərə əsasən, bunu Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Təni bəyan edib. “Bizə qarşı tətbiq edilən sanksiyalar qeyri-qanunidir. Bu, bizim suverenliyimizin məhdudlaşdırılması və xarici siyasətimizə müdaxilə deməkdir”, deyə nazir əlavə edib. Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb. Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2017 11:29 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |