إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İran ballestik raketlərlə Suriyadakı İŞİD mövqelərinə zərbə endirib (Video)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Kermanşah və Kürdüstan ostanından Suriyanın Deyr əz-Zor əyalətindəki İŞİD mövqelərinə ballistik raketlərlə zərbələr endirib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, Sepah əməliyyatların müvəffəqiyyətli olduğunu, 650 kilometrlik məsafədən atılmış orta mənzilli ballistik raketlərin hədəfə çatdığını açıqlayıb.

Son məlumata əsasən,İran ərazisindən 6 ədəd raket buraxılıb və onlar öz hədəflərinə yetişib.

Qeyd olunur ki,bu addım "terrorçuların Tehran hücumuna cavab olaraq atılıb".

Xatırladaq ki, hazırda İŞİD-in əsas qüvvələri və bazası Suriyanın Deyr əz-Zor əyalətində yerləşir. İki ay öncə İŞİD Rəqqa və Homs şəhərlərində ağır məğlubiyyətlə üzləşdikdən sonra bütün qüvvələrini Deyr əz-Zor əyalətinə çəkib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyun, 2017  12:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!