
İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Kermanşah və Kürdüstan ostanından Suriyanın Deyr əz-Zor əyalətindəki İŞİD mövqelərinə ballistik raketlərlə zərbələr endirib.
Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, Sepah əməliyyatların müvəffəqiyyətli olduğunu, 650 kilometrlik məsafədən atılmış orta mənzilli ballistik raketlərin hədəfə çatdığını açıqlayıb.
Son məlumata əsasən,İran ərazisindən 6 ədəd raket buraxılıb və onlar öz hədəflərinə yetişib.
Qeyd olunur ki,bu addım "terrorçuların Tehran hücumuna cavab olaraq atılıb".
Xatırladaq ki, hazırda İŞİD-in əsas qüvvələri və bazası Suriyanın Deyr əz-Zor əyalətində yerləşir. İki ay öncə İŞİD Rəqqa və Homs şəhərlərində ağır məğlubiyyətlə üzləşdikdən sonra bütün qüvvələrini Deyr əz-Zor əyalətinə çəkib.