إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əş-Şəbab təkfirçi-terror qruplaşması Afrikada şəhər tutdu - Onlarla hərbçi qətlə yetirildi

“Əş-Şəbab” terror təşkilatı Somalinin şimal-şərqində yerləşə Af Urur şəhərini işğal edib. Terrorçular 61- hərbçini qətlə yetirdiklərini bildiriblər.

Ahlibeyt.az-ın islamazeri.com-a istinadən məlumatına görə, bu barədə Reuters agentliyi məlumat yayıb.

“Əş-Şəbab” bu gün səhər saatlarında Af Urur şəhərinə hücum edib. Orada az sayda hərbçi var idi, buna görə də terrorçular şəhərini tutublar. Rabitənin kəsilməsinə görə öldürülən insanların sayı barədə danışmaq çətindir.”, - deyə Bari regionunun qubernatoru Yusuf Muhəmməd bildirib.

Ölkə rəhbərliyi isə öldürülmüş hərbçilərin dəqiq sayı barədə məlumat verməyib.

Qeyd edək ki, Somalidə fəaliyyət göstərən “Əş-Şəbab” terror qruplaşması sələfi(vəhhabi)təriqəti ardıcılları tərəfindən formalaşdırılıb və ölkənin mərkəzi hakimiyyətinə qarşı mübarizə aparır,həmçinin aclıq və su qıtlığı ilə üzləşmiş ölkədə BMT-in humanitar fəaliyyətinə mane olur.


 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2017  17:06 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!