
“Əş-Şəbab” terror təşkilatı Somalinin şimal-şərqində yerləşə Af Urur şəhərini işğal edib. Terrorçular 61- hərbçini qətlə yetirdiklərini bildiriblər.
Ahlibeyt.az-ın islamazeri.com-a istinadən məlumatına görə, bu barədə Reuters agentliyi məlumat yayıb.
“Əş-Şəbab” bu gün səhər saatlarında Af Urur şəhərinə hücum edib. Orada az sayda hərbçi var idi, buna görə də terrorçular şəhərini tutublar. Rabitənin kəsilməsinə görə öldürülən insanların sayı barədə danışmaq çətindir.”, - deyə Bari regionunun qubernatoru Yusuf Muhəmməd bildirib.
Ölkə rəhbərliyi isə öldürülmüş hərbçilərin dəqiq sayı barədə məlumat verməyib.
Qeyd edək ki, Somalidə fəaliyyət göstərən “Əş-Şəbab” terror qruplaşması sələfi(vəhhabi)təriqəti ardıcılları tərəfindən formalaşdırılıb və ölkənin mərkəzi hakimiyyətinə qarşı mübarizə aparır,həmçinin aclıq və su qıtlığı ilə üzləşmiş ölkədə BMT-in humanitar fəaliyyətinə mane olur.