|
|
DQIDK sədri Mübariz Qurbanlı İran Mədəniyyət Mərkəzinin sədri ilə görüşüb - Fotoİyunun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) sədri Mübariz Qurbanlı İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi ilə görüşüb. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, görüşdə iki ölkənin din və mədəniyyət sahəsində əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Ölkəmizdəki dini durum haqqında məlumat verən Dövlət Komitəsinin sədri bildirib ki, islami dəyərlər dövlətin təminatı altındadır. Mübariz Qurbanlı bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının heç də təsadüfi olmadığını qeyd edib. Bildirilib ki, din dövlətdən ayrı olsa da, dövlətimiz daim dinə, dini ibadət yerlərinə - məscidlərə, ziyarətgahlara xüsusi diqqət yetirir, yeni məscidlər tikilir, bərpa və təmir olunur. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanla İran arasında bütün sahələrdə olduğu kimi, din və mədəniyyət sahəsində də əlaqələr yüksək səviyyədə qurulub. Azərbaycan və İran qədim tarixi mədəniyyətə malikdirlər. Ulu Öndər Heydər Əliyev Azərbaycan - İran əlaqələrinə hər zaman böyük diqqət yetirib. Prezident İlham Əliyev də bu siyasəti ardıcıl davam etdirir. Səmimi qəbula görə təşəkkürünü bildirən Əsgər Farsi iki qardaş ölkənin ortaq mədəniyyətinin uzun və dərin tarixə malik olduğunu bildirib, bu əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışıb. O, Prezident İlham Əliyev tərəfindən elan olunan “İslam Həmrəyliyi İli”nin müsəlmanlar arasında vəhdətə, əməkdaşlığa, daha mütərəqqi addımlar atmağa dəvət olduğunu vurğulayıb. Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsinə toxunan qonaq yarışlara İran İslam Respublikasından 16 idman sahəsi üzrə idmançıların qatılmasından və nailiyyətlər qazanmasından məmnunluğunu ifadə edib. Sonda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Əsgər Farsiyə gələcək fəailiyyətində uğurlar arzulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 İyun, 2017 11:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |