|
• DünyadaMoskvada Ərbəin məclisindən qayıdan azərbaycanlı qətlə yetirilibMoskvadakı"Otradnı" metrosu stansiyasının yaxınlığında yerləşən və camaat arasında elə həmin adla tanınan məsciddə keçirilən Ərbəin mərasimindən evə qayıdan üç azərbaycanlı ilə, stansiyanın qarşısında dayanmış inquşlar arasında dava düşüb. Yolda onlar yoldaşların birinin telefonuna yazılmış İmam Hüseyn(ə) barədə mərsiyəyə qulaq asırmışlar ki, həmin inquşlar mərsiyəni məsxərə etməyə başlayıblar. Aralarında mübahisə baş verdiyi zaman isə inquşlar bir az daha irəli gedərək Hz.Əlini(ə) və Əhli-Beytini(ə) təhqir ediblər ki, mübahisə davaya çevrilib. İnquşlardan biri həmvətənlərimizlə əlbəyaxa bacara bilməyəcəklərini görüb üzərindəki bıçağını çıxardaraq Ələskərov Seyyid Əli Əkbər Müslüm oğluna 6 bıçaq zərbəsi yetirib. Nəticədə onun həyat üçün vacib orqanları zədələnmiş və o dünyasını dəyişmişdir. Əli Əkbərin öldüyünü görən qorxaqlar hadisə yerindən qaçıblar. Mərhumun atası oğlunun qətlə yetirilməsinə münasibət bildirərkən deyib ki, əgər o Əlinin(ə) təhqir olunmasına laqeyd qalsaydı, ona bir daha oğul deməzdim. odlar-yurdu.ru Allah rəhmət eləsin!
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2012 21:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |