16 Yanvar, 2012
Moskvada Ərbəin məclisindən qayıdan azərbaycanlı qətlə yetirilib

Moskvadakı"Otradnı" metrosu stansiyasının yaxınlığında yerləşən və camaat arasında elə həmin adla tanınan məsciddə keçirilən Ərbəin mərasimindən evə qayıdan üç azərbaycanlı ilə, stansiyanın qarşısında dayanmış inquşlar arasında dava düşüb.

Yolda onlar yoldaşların birinin telefonuna yazılmış İmam Hüseyn(ə) barədə mərsiyəyə qulaq asırmışlar ki, həmin inquşlar mərsiyəni məsxərə etməyə başlayıblar. Aralarında mübahisə baş verdiyi zaman isə inquşlar bir az daha irəli gedərək Hz.Əlini(ə) və Əhli-Beytini(ə) təhqir ediblər ki, mübahisə davaya çevrilib. İnquşlardan biri həmvətənlərimizlə əlbəyaxa bacara bilməyəcəklərini görüb üzərindəki bıçağını çıxardaraq Ələskərov Seyyid Əli Əkbər Müslüm oğluna 6 bıçaq zərbəsi yetirib. Nəticədə onun həyat üçün vacib orqanları zədələnmiş və o dünyasını dəyişmişdir.

Əli Əkbərin öldüyünü görən qorxaqlar hadisə yerindən qaçıblar.

Mərhumun atası oğlunun qətlə yetirilməsinə münasibət bildirərkən deyib ki, əgər o Əlinin(ə) təhqir olunmasına laqeyd qalsaydı, ona bir daha oğul deməzdim.

odlar-yurdu.ru

Allah rəhmət eləsin!

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-696.html