|
Dövlət Komitəsi daha 16 dini icmaya maliyyə yardımı ayırdıDini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 16 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər. Azərbaycan Respublikasında 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı Sərəncamın vacibliyinə toxunan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dini icmaların DQİDK-ya təqdim etdikləri layihələr içərisində əsasən “İslam həmrəyliyi” mövzusuna həsr olunanların maliyyələşdirilməsinə üstünlük verildiyini bildirib. Komitə sədrinin birinci müavini, eyni zamanda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə tövsiyələrini də verib. Layihələri maliyyələşdirilən İmişli rayonu Xoşçobanlı kənd məscidi dini icması “İslam həmrəylik, bərabərlik dinidir”, Salyan rayonu Çuxanlı kəndi “Hacı Cəbrayıl” məscidi dini icması “İslam dini həmrəy və tolerant dindir”, Sabirabad rayonu Bulduq kənd məscidi dini icması “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti”, Masallı rayonu Ərkivan qəsəbəsi “Həzrət Əli” məscidi dini icması “Radikalizm və ekstremizmə qarşı mübarizədə islam həmrəyliyinin rolu”, Ağdaş şəhəri “Hacı İsmayıl” məscidi dini icması “İslam həmrəyliyinin və İslami dəyərlərin təbliği”, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbə məscidi dini icması “İslam barışıq və həmrəylik dinidir”, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbə məscidi dini icması” “İslam həmrəyliyi: dünyanı sülhə aparan yol”, Neftçala rayonu Aşağı Qaramanlı kəndi “Abbas” məscidi dini icması “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti”, Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icması “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” , Ucar şəhər “Cami” məscidi dini icması “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik”, Şamaxı rayonu Adnalı kənd məscidi dini icması “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində”, Qobustan rayonu Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi dini icması “İslam həmrəyliyi din və məzhəb ayrıseçkiliyinə qarşı”, İmişli rayonu Cəfərli kəndi “İmam Hüseyn” məscidi dini icması “İslamda həmrəylik və sülh çağırışları”, Zərdab şəhər “Cümə” məscidi dini icması “İslam Həmrəyliyi sülhə çağırışdır”, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz”, Goranboy rayon Safıkürd və Tatarlı kənd məscidi dini icması “Dini ekstremizmin qarşısının alınmasında islam həmrəyliyinin rolu” adlı maarifləndirmə tədbirləri həyata keçirəcəklər. Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 196 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 177-i isə İslam dini icmasıdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2017 12:02 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |