|
• Dünyadaİmam Hüseyn (ə) haqqında ilk ixtisaslaşdırılmış elektron ensiklopediya hazırlanırİmam Hüseyn (ə) və onun hərəkatı haqqında kompleks mənbə hazırlamaq hədəfi ilə İmam Hüseyn (ə) haqqında ilk ixtisaslaşdırılmış ensiklopediya hazırlanır. Ahlibeyt.az-ın maide.az-a istinadən verdiyi xəbərə əsasən,İQNA-nın məlumatında bildirilir ki,"Zeytun” mədəniyyət mərkəzinin təşəbbüsü və dəstəyi ilə İmam Hüseyn (ə) haqqında ilk ixtisaslaşdırılmış ensiklopediya hazırlanır. Bunu ensiklopediya layihəsinin rəhbəri Məhəmməd Cavad Əşrəf Kaşani deyib. Məhəmməd Cavad Əşrəf Kaşani deyib ki, "Zeytun” Mədəniyyət Mərkəzi İmam Hüseyn (ə) haqqında dolğun və düzgün məlumatların çatdırılması məqsədi ilə o həzrət haqqında ilk ixtisaslaşdırılmış onlayn ensiklopediyanı hazırlayır. Əşrəf Kaşani vurğulayıb: "İnternet istifadəçiləri üçün İmam Hüseyn (ə) haqqında hərtərəfli və sənədləri düzgün bir mənbənin olmaması həmişə din və mədəniyyət sahəsində çalışan fəalların narahatçılığına səbəb olub. Bu məqsədlə biz internet məkanında İmam Hüseyn (ə) və onun hərəkatı haqqında kompleks mənbə olaraq ensiklopediyanı hazırlayırıq”. O əlavə edib ki, Aşura hadisəsindən xurafatlarların yayılması, İmam Hüseynin (ə) həyatının digər sahələrinin işlənilməməsi, çap olunmuş kitab və yazılarda qədimi və düzgün qaynaqlardan istifadə olunmaması və s. bu kimi amillər belə bir ensiklopediyanın hazırlanmasını zəruri edir. Məhəmməd Cavad Əşrəf Kaşani deyib ki, İmam Hüseyn (ə) haqqında yaradılacaq internet ensiklopediyası müxtəlif dillərdə fəaliyyət göstərəcək. Bu ensiklopediya dünyanın elm ocaqları və akademiyaları üçün gərəkli mənbəyə çevriləcək. Qeyd edək ki, bundan öncə İmam Hüseynin (ə) müqəddəs hərəminə bağlı "Varisul-ənbiya” adlı İmam Hüseyn (ə) hərakatının xüsusi araşdırma mərkəzi də o həzrət haqqında ensiklopediya hazırladığını və və çap olunacağını bəyan etmişdi. Ensiklopediyada ötən on iki əsirdə İmam Hüseyn (ə) və Kərbəla qiyamı haqqında yazılan hər bir şey toplanacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 May, 2017 14:07 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |