|
• DünyadaAvstriya Prezidenti ölkə qadınlarını başlarını örtməyə çağırıbAvstriya Prezidenti Aleksandr van der Bellen islamofobiyaya qarşı mübarizə naminə başlarına örtük taxmaq çağırışı ilə ölkənin bütün qadınlarına müraciət edib. Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Avstriya məktəblərinin birində şagirdlər qarşısında çıxış edən prezident deyib: "İslamofobiya bir zaman elə həddə gəlib çata bilər ki, ölkədə yaşayan bütün qadınlardan başlarını örtən xanımlarla həmrəylik əlaməti olaraq onların da başlarını bağlamalarını xahiş etməyə məcbur olacaq". Bununla belə Avstriya lideri hər bir qadının geyim tərzini seçməkdə azad olduğunu vurğulayıb, söylədiklərinin isə yalnız özünün şəxsi fikirləri olduğunu bildirib. Qeyd edək ki, Aleksandr van der Bellen dəfələrlə qadınlara geyim formasına görə hər hansı məhdudiyyət qoyulmasının əleyhinə çıxıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Aprel, 2017 13:57 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |