29 Aprel, 2017
Avstriya Prezidenti ölkə qadınlarını başlarını örtməyə çağırıb

Avstriya Prezidenti Aleksandr van der Bellen islamofobiyaya qarşı mübarizə naminə başlarına örtük taxmaq çağırışı ilə ölkənin bütün qadınlarına müraciət edib.

Ahlibeyt.az-ın  SalamNews-a istinadla verdiyi xəbərə görə, Avstriya məktəblərinin birində şagirdlər qarşısında çıxış edən prezident deyib: "İslamofobiya bir zaman elə həddə gəlib çata bilər ki, ölkədə yaşayan bütün qadınlardan başlarını örtən xanımlarla həmrəylik əlaməti olaraq onların da başlarını bağlamalarını xahiş etməyə məcbur olacaq".

Bununla belə Avstriya lideri hər bir qadının geyim tərzini seçməkdə azad olduğunu vurğulayıb, söylədiklərinin isə yalnız özünün şəxsi fikirləri olduğunu bildirib.

Qeyd edək ki, Aleksandr van der Bellen dəfələrlə qadınlara geyim formasına görə hər hansı məhdudiyyət qoyulmasının əleyhinə çıxıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6718.html