|
|
"Yeni Üfüq"də ictimai fəal xanımlarla görüş keçirilib“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı silsilə tədbirlərini uğurla davam etdirir. Ahlibeyt.az-ın islam.az-a istinadən verdiyi xəbərə görə,birlikdən verilən məlumatda bildirilir ki, Bakıda fəaliyyət göstərən ictimai fəal xanımlarla görüş keçirilib. Tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi çox əlamətdar hadisədir: “Azərbaycanın tolerant ənənələri ilə dünyada tanınması və bu il “İslam Həmrəyliyi ili” kimi elan olunması milli və mənəvi dəyərlərimizin birbaşa dövlət başçısı tərəfindən himayə olunmasına bir daha əyani sübutdur. Bu, həmçinin ölkəmizdə İslam həmrəyliyinin qorunması, sabitliyin və əmin-amanlığın davamlı zəmanətidir. Həmrəylik mədəniyyətlərin və sivilizasiyaların dialoqunun ən yüksək zirvəsi kimi qəbul olunur və Azərbaycan bunu dünyaya bir daha bəyan etmiş oldu”. S. Əzimbəyli qeyd edib ki, islam həmrəyliyi dünyaya sülh və barışı təlqin edir: “Elə bu baxımdan birlik və bərabərliyimizin qorunmasında İslam peyğəmbəri Hz.Mühammədin (s.a.s) əxlaq nümunəsi hər birimizə ibrət olmalıdır”. Tədbirin sonunda mübarək şəhidlərinin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Aprel, 2017 16:01 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |