|
• Mənəviyyat • MənəviyyatRiya - "Kumeyl Duası"nın fəzilət və şərhi"Böyük alim,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik. RİYA İstənilən bir əməl və ibadətdə özünü xalqa göstərmək haramdır və Allahın qəzəbinə səbəb olar. Qurani-Kərimdə riyakar namaz qılanlara müraciətlə buyurulur: "Vay o namaz qılanlara ki, namazlarında qəflətdə olub riya edirlər".("Vəsailüş-şiə” 15-163) Bir şəxs Həzrət Peyğəmbərdən (s) soruşdu: "İnsanın qurtuluşu nədədir? Həzrət (s) buyurdu: Xalqın diqqətini cəlb etmək üçün ibadət etməməsindədir."("Vəsailüş-şiə”15-162) Bir rəvayətdə deyilir: "Kimi cihadda öldürülür, kimi var-dövlətini sədəqə verir, kimi Quran oxuyur. Əgər cihad edənin məqsədi özünü şücaətli göstərmək, sədəqə verənin məqsədi səxavətli tanınmaq, Quran oxuyanın istəyi qari kimi məşhurlaşmaqdırsa onların heç birinin mükafatı yoxdur və riya əməllərini puça çıxarmışdır".("Kafi" 8-228) Bir hədisdə İslam Peyğəmbəri buyurur: "Allah taala mələklərə buyurar ki, bu şəxs iş gördüyü vaxt bizi nəzərdə tutmadığı üçün onu cəhənnəmə göndərin". İslam Peyğəmbəri (s) buyurur: "Sizin üçün qorxduğum ən təhlükəli şey kiçik şirkdir, yəni riya"; "Bir əməldə zərrə qədər riya olarsa, Allah o əməli qəbul etməz"(Haqqə surisi ayə 28-29) Şəddad ibn Ous deyir: "Gördüm ki, Həzrət Peyğəmbər (s) ağlayır. Səbəbini soruşdum. Buyurdu ki, ümmətimin şirk edəcəyindən qorxuram, onlar bütə günəşə aya, daşa pərəstiş etməyəcəklər, amma əməllərində riya və xudpəsəndlik olacaqdər."("Nəhcül-Bəlağə”) Ardı var.. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2017 17:23 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |