إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Özündənrazılıq - "Kumeyl Duası"nın fəzilət və şərhi"

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini ixtisarla oxuculara təqdim edirik.

Kin

Allah düşmənləri istisna olmaqla insanlara sevgi və məhəbbət vacibdir. Yaxınlarla əlaqə saxlamaq (sileyi-rəhm) dində vacib buyurulmuş xeyir əməllərdəndir. Kinli insan bu xeyir işdən məhrum olur. Kin insanın qəlbini çirkləndirir, onun ruhunu zülmətə qərq edir, nəhayət insanı Allahın rəhmətindən uzaq salır.

Həzrət Peyğəmbər (s) buyurur: "Cənab Cəbrayıl hər dəfə mənim yanıma gələndə dedi: "Ey Məhəmməd, xalqla düşmənçilikdən çəkin."(Biharul-ənvar 78-115)

Həzrət Əli (ə) buyurmuşdur: "Nadanlığın başı xalqla düşmənçilikdir"; "Xalqla düşmənçilik nadanların xüsusiyyətidir."(Biharul-ənvar,14-295)

İmam Sadiq (ə) buyurmuşdur: "Xalqla düşmənçilikdən çəkin. Bu, həlakətə və eyiblərin açılmasına səbəb olar".(Kafi, 2-148)

Ücb - Özündənrazılıq

Özünə güvənmək, öz əməlindən razı qalmaq çox çirkin günahdır. İnsan Allahın mülküdür, onun həyat və ölümü Allahın əlindədir. Ruzi, ibadət və istənilən hər hansı bir başqa xeyir iş yalnız Allahın iradəsi ilə mümkün olur. Əgər insan müstəqil halda heç bir iş bacarmırsa, hansı əsasla başını dik tutmalıdır?!

İmam Sadiq (ə) buyurur:

- "Xudpəsəndliyə düçar olan şəxs həlak olasıdır."(Ənisül-ləyl, 292)

- "Alim bir şəxs abidin yanına gəlib dedi: Necə namaz qılırsan? Abid cavab verdi ki, mənim kimidən soruşursan ki, necə namaz qılırsan? Mən elə əvvəldən Allaha belə-belə ibadətlər edirəm. Alim soruşdu ki, ağlamağın necədir? Abid cavab verdi: Gözümdən yaş sellələnədək ağlayıram. Alim dedi: Düzü, ağlayıb lovğalanmaqdansa, gülüb Allahdan qorxmağın daha yaxşıdır. Doğrudan da, özünü bəyənənin heç bir işi Allah dərgahına qalxmaz."(Biharul-ənvar, 67-64.)

İslam Peyğəmbəri (s) buyurur:

"Allah-Taala Davuda buyurdu: Ey Davud! Günahkarlara müjdə ver, siddiqləri (möminləri) qorxut. Davud ərz etdi ki, günahkarlara müjdə verim siddiqləri qorxudum? Allah-Taala buyurdu: Ey Davud! Günahkarlara müjdə ver ki, tövbələrini qəbul edər, günahlarını bağışlayaram. Siddiqləri qorxut ki, əməllərini bəyənib lovğalanmasınlar. Çünki mənə hesab verən bəndə (bağışlamasam) həlak olar".(Səfinətül-bihar, 8-298)

Ardı var..

Əvvəli:http://ahlibeyt.az/news/a-6585.html

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Aprel, 2017  14:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!