|
|
7 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib - FotoƏdliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) ilə birgə hazırladığı Tədbirlər Planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə,Aprelin 13-də növbəti maarifləndirici tədbir Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Dini maarifləndirmə mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli və Penitensiar xidmətin əməkdaşı İntiqam Əliyev iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbət aparıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat verib. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli “İslamda vəhdət anlayışı” mövzusunda çıxış edib. Dini radikalizmin yaranma səbəbləri və təzahür formaları barədə də məlumat verən Hacı Şahin Həsənli radikalizmin cəmiyyətdə törətdiyi fəsadlar, səbəb olduğu bəlalar haqqında danışıb. Mövzu ətrafında müzakirələr aparılıb, məhkumların sualları cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2017 16:59 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |