|
• DünyadaSabah Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçiriləcəkAprelin 16-da Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçiriləcək. Ahlibeyt.az-ın Türk mətbuatına istinadən məlumatına görə, ölkə ərazisinin qərb hissəsində səsvermə yerli vaxtla 08.00-17.00 arasında başlayacaq. Türkiyənin şərqində və Qara dəniz bölgələrində isə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb, 16.00-da bitəcək. Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları üçün səsvermə həmin ölkələrdəki səfirliklərdə artıq baş tutub. Həmin səslər ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanacaq. Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfər çıxarılması, millət vəkili seçim yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və s.. maddələrdir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasınin(AKP) təklif etdiyi konstitusiya dəyişikliyini Milliyyətçi Hərəkat Partiyası dəstəkləsə də, Cümhuriyyət Xalq Partiyası(CHP) bunun əleyhinə çıxış edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2017 14:41 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |