
Aprelin 16-da Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçiriləcək.
Ahlibeyt.az-ın Türk mətbuatına istinadən məlumatına görə, ölkə ərazisinin qərb hissəsində səsvermə yerli vaxtla 08.00-17.00 arasında başlayacaq.
Türkiyənin şərqində və Qara dəniz bölgələrində isə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb, 16.00-da bitəcək.
Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları üçün səsvermə həmin ölkələrdəki səfirliklərdə artıq baş tutub. Həmin səslər ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanacaq.
Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfər çıxarılması, millət vəkili seçim yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və s.. maddələrdir.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasınin(AKP) təklif etdiyi konstitusiya dəyişikliyini Milliyyətçi Hərəkat Partiyası dəstəkləsə də, Cümhuriyyət Xalq Partiyası(CHP) bunun əleyhinə çıxış edir.